Ölkədə karantin rejimi elan olunduqdan sonra ilk dəfə futbol qarşılaşması keçirilib.
Dünən yoldaşlıq görüşündə "Sabah" klubu "Qarabağ"ı qəbul edib. Qarşılaşma 0:5 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
"Sabah"ın üzvü Ramil Şeydayev qarşılaşma ilə bağlı Unikal.org-a açıqlama verib.
"Çətin qarşılaşma oldu, oyunda istədiklərimiz alınmadı. Müxtəlif kombinasiyalar üzərində işləməyə çalışdıq. Amma heç biri effekt vermədi. Eyni anda həm fiziki, həm də topla məşq etmək bir az çətindir. Ancaq inanıram ki, bunlar hamısı qaydasına düşəcək".
İlkin Sultanlı