Türkiyəli məşhur aktrisa Demet Evgar sosial şəbəkə hesabı “ Insatgram”dan son paylaşımları ilə sevənlərini üzüb.
Unikal.org xəbər verir ki, sosial şəbəkədən aktiv istifadə edən gözəl aktrisa bir gündə iki talehsiz qəza yaşadığını bildirib.
Belə ki, 40 yaşlı aktrisa İnstaqramda canlı yayım zamanı şişmiş dodaqlarını göstərərək, iki dəfə arı vurması və nərdivandan yıxılması nəticəsində bu vəziyyətə düşdüyünü etiraf edib.