Dünyaca məşhur kanadalı müğənni Castin Biber və həyat yoldaşı Hailey Biber, dünyada 7 milyondan çox insana təsir edən koronavirusa qarşı tətbiq olunan qaydalara yenə əməl etməyiblər.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya dövrünün çox hissəsini Kanadada aylıq kirayə dəyəri 60 min dollar olan evlərində karantində keçirən cütlük, yay tətilinə çıxıblar. Belə ki, Yuta ştatında düşərgə tətilinə çıxan cütlüyün 1 milyon dəyərində ultra lüks avtobusu gündəmə gəlib. Geniş yataq otağı olan avtobusun vanna otağı və mətbəxi mərmərdən olması diqqət çəkib.
“Marathon Coach” markalı avtobusun içərisində üç televizor olan geniş oturma sahəsi də var.