Əməkdar artist Yusif Mustafayev illər əvvəl toyunda başına gələn hadisəni etiraf edib.
Unikal.org xəbər verir ki, müğənni "Gündən-günə" proqramında həyat yoldaşı ilə evlənən onun yaşının az olduğunu etiraf edib. O bildirib ki, gəlini evə toydan bir il sonra gətirib:
"1979-cu ildə toyum oldu. Gəlin gəlmə məqamında işlər dayandı. Yoldaşımın yaşı nikaha çatmırdı. Qonşu kənddə bir oğlan 17 yaşlı qızı almışdı, polis tutdu. Oğlan 3 il həbs edildi. Gözüm qorxdu, ona görə toyu 1 il saxladım. Sentyabrda xanımın 18 yaşı tamam oldu, gətirdim evə".