İngiltərənin ən varlı qadın müğənnilərindən olan Rihanna Kourtney və Xloe Kardaşyanın evini kirayə götürüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi bunun üçün hər ay onlara 415 min dollar kirayə pulu ödəyəcək.
Sözügedən evdə bacılar "Take The Hamptons" adlı realiti-şounu çəkiblər. 32 yaşlı ulduz ABŞ-ın yay istirahət mərkəzi olan Hamptonsun dəniz hissəsində 8 min kvadratmetr ərazidə yerləşən mülkdə iyuldan avqusta kimi qalacaq.
Rihanna 1 ayını bu evdə keçirməyi planlaşdırır. Müğənni buradan ayrıldıqdan sonra Malibudu bir evə köçəcək. Londonda yaşayan Rihanna mayda 468 milyon funt-sterlinq dəyərində sərvəti ilə İngiltərənin ən varlı qadın musiqiçisi olub.