Müğənni İlhamə Qasımova boşandığını etiraf edib.
Unikal.org xəbər verir ki, sənətçi bu haqda "MTV Azərbaycanda" yayımlanan "Ulduzun vaxtı" proqramında deyib. ABŞ-dan yeni qayıdan İlhamə qadın kimi xoşbəxt olmadığını söyləyib:
"Qadın özünə görə bəzənməli, özünü sevməlidir. Kimə görəsə bəzənirsənsə, sabah həmin şəxs olmayanda depressiyaya düşəcəksən. Bizim qadınlar güclü və mübarizdir. Xəyanəti çox bağışlayırlar. xaricdə fərqlidir. Bir xəyanətlə ailə dağılır. Uşaq olanda isə fərqlidir... Sevgin onu üstələməlidir.
Həyatımda kiminsə olduğunu və ya olmadığını açıqlamaq istəmirəm. Hazırda təkəm. Qadın kimi xoşbəxt olmaq üçün həyatında sevidiyin olmalıdır. Ona görə deyirəm ki, təkəm. Xoşbəxtəm, ailəm var. Mənim üçün kimdənsə asılı olmaq xoşbəxtlik deyil. övladım olsa, xoşbəxt olaram. kaprizlərə görə həyatımı depressiyaya salmaram. Həqiqiətn səni sevən üçün həyatını qurban verərsən".
Bir vaxtlar "Gelandewagen"markalı avtomobili olan İlhamə bunla bağlı suala "O maşın barter üsulu ilə olmuşdu. Həyatımda sevdiyim insan var idi. Birlikdə düzüb-qoşub, maşını almışdıq" cavabını verib.