Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

Azərbaycan Müdafiə Nazirliyindən Unikal.org-a bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir.

Müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib. Buna səbəb birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.