Müğənni Niyam Salami maddi sıxıntı yaşadığını açıqlayıb.
Unikal.org xəbər verir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" proqramında deyib. O bildirib ki, hazırda banka da borcu var:
"Müflis olmuşam, Niyam kasıblayıb. İş görmək üçün bankdan on min götürdüm. Hamısını da işə qoydum. İndi əzab çəkirəm. Ürək-dirək verirlər ki, narahat olma, yaxşı olacaq".