“Azərbaycan Qarabağ probleminin həllini hansı şəkildə istəyərsə, biz o şəkildə qonşu ölkəyə dəstək verməyə davam edəcəyik”.
Unikal.org xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Antalyada turizmlə bağlı keçirilən "Yenidən Kəşfet” layihəsinin təqdimatında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Nazir deyib ki, Qarabağ problemi, Azərbaycanın işğal edilmiş torpaqları, sərhədləri və ərazi bütövlüyü məsələlərində Türkiyə hər zaman qardaş dövlətin yanında olub: “Qarabağ Azərbaycanındır”.
M.Çavuşoğlu bildirib ki, Qarabağ münaqişəsinin həllində Ermənistan kompromis variantlara razılıq verməyib, əksinə Qarabağda qanunsuz seçkilər keçirib və bunu da beynəlxalq ictimaiyyət tanımayıb: “Ermənistan bu təxribatlar əvəzinə, problemin sülh yolu ilə həllinə gəlməlidir. Bütün məsələlərdə olduğu kimi, Qarabağ məsələsində də qardaş Azərbaycanın yanındayıq”.