Almaniyanın Gütersloh şəhərində ət fabrikində çalışan 1 029 işçidə koronavirus aşkarlanıb.
Unikal.org xəbər verir ki, Tönnies ət fabrikində yeni növ koronavirusunun (Covid-19) sınağı zamanı 1 029 işçisinin test nəticəsinin müsbət olduğu bildirilib.
Gütersloh qubernatoru Sven-George Adenauer mətbuat konfransında Covid-19 sınağının bu günə qədər ət fabrikindəki 3 177 işçiyə edildiyini qeyd edib.
Bu testlərin 1 029-nun müsbət olduğunu ifadə edən Adenauer, Güterslohun Rheda-Uiedenbrück şəhərində yerləşən ölkənin ən böyük ət fabrikində çalışan təxminən 7 min işçinin sınaqdan keçiriləcəyini bildirib.