Amerikalı müğənni Prinsin uzun müddətdir itirilmiş hesab edilən gitarası hərraca çıxarılacaq.

Unikal.org xəbər verir ki, bu barədə “Fox” nəşrinə hərrac evinin nümayəndələrindən biri məlumat verib.

Alətin 1 milyon dollara satılması planlaşdırılır.

Qeyd edək ki, “Blue Angel” adlı gitaranı sənətçi 1990-cı ildə dostuna hədiyyə etmişdi.

Hərracda eyni zamanda, musiqiçi Kurt Kobeynin də gitarası satışa çıxarılacaq.