Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla müqayisədə görüşlərə daha yaxşı hazırlaşır.

Unikal.org xəbər verir ki, bu barədə Amerika prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton  “ABC News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, Rusiya lideri həmsöhbətlərini tanıyır, dediklərini öncədən düşünür və hansı məqsəd daşıdığını bilir. 

“Lakin bu cür hazırlıq səviyyəsi, öncədən planlaşdırma Donald Trampa sadəcə olaraq xas deyil”, - deyə Bolton bildirib və əlavə edib ki, Putinin həmişə planı var və ona riayət edir.