Müğənni Tacir Şahmalıoğlu Əməkdar artist Qorxmaz Əlilini tənqid edib.
Unikal.org xəbər verir ki, sənətçi "Show news" verilişinə açıqlamasında şoumenin ona dediyi sözləri açıqlayıb. Şahmalıoğlu bildirib ki, şou-biznesdə məşhurlaşmaq üçün dodaqlarını silikon etdirib, cırıq cins geyinməlisən:
"Qorxmaz Əlili var idi, şou Əlili... İndi bilmirəm yaşayır, ya yox. Qayıtdı ki, mənə sizin kimi yox, primitiv oxuyan lazımdır ki, pul qazanım. Bu adam nə qədər dayazdır ki, sənəti yox etmək istəyir. Musiqi bazarda alver səviyyəsinə gəlib çıxıb. Şou-biznesdə gərək kişi olmayasan. Qaş almalısan, dodaq şişirtməlisən ki, yolun açılsın. Kişi kimi səhnəyə çıxa bilmərəm? İnsanlar var ki, deyir oxumağın bir tərəfə, kişiliyinə pərəstiş edirik. İndikilərin görünüşü dəyişib, elə bil şalvarlarını it dişləyib, cırıq geyinirlər. İngilis geyinir, özü bilər. Sənin üçün kişi kostyumları var, geyin özünü təbliğ et. Gərək cinsinin ortası cırıq olsun? Danışsam, gərək hamıyla düşmən olum".