Türkiyəli məşhur model Ebru Şallının sosial şəbəkələrdə son görüntüləri gündəm yaradıb.
Unikal.org xəbər verir ki, aprel ayında 10 yaşlı oğlunu “Limfoma” xəstəliyindən itirən Ebru uzun zamandır cəmiyyətdən və sosial şəbəkələrdən uzaq qalıb.
Bu müddətdə yalnız oğlunun məzarı üstünə gedən modelin kəskin şəkildə arıqlaması gündəmdən qaçmayıb. Belə ki, tanınmış model keçmiş həyat yoldaşı Uğur Akkuş ilə Bodruma gedib. Bikinidə görüntülənən Şallının 7 kiloqrama yaxın çəki itirdiyi məlum olub.