Adı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qalmaqalda hallanan FOX TV-nin məşhur aparıcısı Fatih Portakal son günlər işdən ayrılması barədə xəbərlərə açıqlama verərək geri qayıdacağını bildirmişdi.  

Unikal.org xəbər verir ki, bu dəfə F.Portakal tvitter hesabında video paylaşaraq  işdən qovulması məsələsinə münasibət bildirib. 

“Eşitdim ki, yenə biriləri məni işdən qovdurub. Narahat olmayın elə bir məsələ yoxdur. Tətildəyik, daha sonra təkrar qarşınızda olacağıq”, - deyə aparıcı qeyd edib.

​​​​​​​