Konsert hazırlıqları zamanı mediya işçilərini qarşısında görən məşhur müğənni Kənan Doğulu heyrətini gizlədə bilməyib. Lakin müsahibə zamanı həyat yoldaşı Beren Saatla bağlı ayrılıq iddialarına isə sərt reaksiya bildirib. 


Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məşhur müğənni “Qardaşım, biz hansısa açıqlama etmədən bu cür xəbərlərə inanmayın. Rica edirəm, artıq biz də yoruluruq, siz də. İnsanlar da bu cür xəbərlərlə üzülürlər” – deyə açıqlama verib. 


Kənan Doğulu bu cür münasibət bildirməkdə haqlı olsa da, üsyan edəcəyi obyekt isə yalnışdır. Çünki, cütlüklə bağlı ayrılıq tipli paylaşımların səbəbkarı isə həyat yoldaşı Beren Saatdır.  Belə ki, ötən ay Kənan Doğulunun doğum günündə aktrisa “Təki bacarmadığımız evlilik olsun” deyə paylaşım etmişdi.