Amerikalı müğənni və aktrisa Cessika Simpson instagram hesabında paylaşdığı son fotoyla hər kəsi heyrətləndirməyi bacarıb. 


Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, son hamiləlik dönəmindən sonra çəkisi 108 kilo olan müğənni və aktrisa Cessika Simpson artıq əvvəlki çəkisinə qovuşub. 

Gələn ay 40 yaşı tamam olacaq aktrisa-müğənni sosial mediya hesabından çimərlik geyimində çəkdiyi fotoyla gündəmə düşüb. Üç uşaq anası olan Simpson, son hamiləliyi dönəmində 108 kq olmuşdu, son 6 ayda isə o, 45 kilo çəki itirib və 63 kq olub.