Universitet imtahanının bir sualında mahnısından bir cümlənin yer alması ilə türk müğənnisi Mabel Matiz Tvitterdə gündəm olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ali məktəblərə qəbul imtahanının ilk mərhələsi olan “Təməl bacarıqlar” testində müğənninin “Fırtın adayam” mahnısında olan cümlənin nə ifadə etdiyi soruşulub. İmtahandan sonra bu barədə minlərcə tvit yazılıb.
İmtahanda mahnıdakı “Gözümün gördüyü, sinəmin bildiyi ilə bir deyil” cümləsində nəyin ifadə olunduğu soruşulub. Daha sonra müğənni Tvitterin əsas gündəminə çevrilib.