Xalq artisti Gülyanaq Məmmədova gəlin-qayınana münasibətlərindən danışıb.
Unikal.org xəbər verir ki, "Üç əlli" verilişinə qonaq olan müğənni qayınanaların hər zaman haqlı olduğunu deyib:
"Qəşəng qayınanalarımız da, gəlinlərimiz də var. Ailədir, söz-söhbətsiz olmur. Çəkişməsən bərkiməzsən. Qayınanalar hər zaman gəlinin xeyrinə danışır.
Onlar həyat görüb, zaman keçib. Gəlinlər müasir dövrdə yaşayıblar, ola bilər fikir düz gəlməsin. Amma anlayışlı olub, güzəştə getmək lazımdır".