Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs yeni eşq macərası ilə gündəm yaradıb.
Unikal.org xəbər verir ki, Bodrumda istirahətdə olan 68 yaşlı ustad sənətkar özündən 42 yaş kiçik Gülçin Karakaya ilə birlikdə jurnalistlərin obyektivlərinə tuş gəlib.
Belə ki, Tatlısəsin 26 yaşında olduğu iddia edilən sevgilisi Gülçin Karakaya ilə üçüncü dəfə nikah masasına oturacağı maraq doğuran məsələsi Türkiyənin ən baxımlı şou proqramı olan "2-ci Səhifə"də müzakirə obyektinə çevrilib.