Misirli rəqqasə Sama əl-Masry, sosial şəbəkə hesabından paylaşdığı "ədəbsiz" videolara görə azadlıqdan məhrum edilib.
Unikal.org xəbər verir ki, Misir məhkəməsinin qərarına əsasən Sama 3 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirək ki, sosial şəbəkədə 3 milyondan çox izləyicisi olan El-Masry, məşhur video paylaşma platformalarında video və foto paylaşımının "ədəbsiz" olması səbəbiylə keçən ilin aprel ayında da həbs edilmişdi.