ABŞ prezidenti Donald Tramp İngiltərə Kraliçası II Yelizavetanı 94 yaşı münasibətilə təbrik edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin sözçüsünün müavini Judd Deerenin yazılı açıqlamasına görə, Tramp və Kraliça II Yelizaveta arasında telefon danışığı olub.
Belə ki, Tramp telefon danışığı zamanı Kraliçanın 94 yaşını təbrik edib və yeni növ koronavirus (Covid-19) səbəbiylə həyatını itirənlərə görə İngilis xalqına başsağlığı verib.
“Covid-19”u məğlub etmək və qlobal iqtisadiyyatı yenidən aktivləşdirmək istiqamətində sıx əməkdaşlığı təkrarlayan Tramp və Kraliça II Yelizaveta ABŞ ilə İngiltərə arasında “xüsusi bir əlaqənin” olduğunu vurğulayıb.