ABŞ prezidenti Donald Tramp yenidən koronavirusun hansısa bir anda yox olacağına əminliyini ifadə edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Fox Business” telekanalının efirində deyib.
ABŞ rəhbəri bildirib ki, xəstəliyin vaksini artıq tezliklə meydana çıxacaq.
"Mən inanıram ki, virus hansısa bir anda gedəcək və mən inanıram ki, çox tezliklə bizdə vaksin olacaq”, - Donald Tramp bildirib.
Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma hallarının sayına (2 758 395) görə birinci yerdədir. Son sutkada Birləşmiş Ştatlarda koronavirusa daha 30 542 yoluxma qeydə alınıb, 324 nəfər ölüb. Bununla da ABŞ-da koronavirus qurbanlarının sayı 130 446 nəfərə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.