ABŞ koronavirus əleyhinə olan remdesivir preparatının üç aylıq ehtiyatının 90 faizini alıb.
Unikal.org “The Guardian” nəşrinə istinadən xəbər verir ki, beləliklə də Avropa İttifaqı ölkələri və Böyük Britaniya üçün bu dərmanın əldə edilməsində problemlər yaranıb.
“ABŞ iyunun sonunda 500 min doz remdesivir sifariş verib. Onlar preparatın əksər hissəsini alıblar. Ona görə də Avropaya heç nə qalmayıb”, - deyə Liverpul Universitetinin böyük elmi əməkdaşı Endryu Hill bildirib.
O, həmçinin vurğulayıb ki, bu yolla da Amerika dərmanın satılma mexanizminin olmadığını göstərib, bu isə bazarı çıxılmaz vəziyyətə sala bilər.
Xatırladaq ki, may ayında ABŞ-ın Allergiya və İnfeksiya xəstəlikləri üzrə Milli İnstitutunun alimləri remdesivir preparatının COVID-19-a yoluxmuş xəstələrin sağalmasını sürətləndirdiyini sübut etmişdilər.