Meyxanaçı Ağamirzə Məmmədovun qızının toyu üçüncü dəfə də təxirə düşüb.
Unikal.org xəbər verir ki, sənətçi bu haqda "Ulduzlu yayım" proqramında söyləyib. O bildirib ki, pandemiyaya görə toyun vaxtı 3 dəfə dəyişdirilib:
"Əvvəl başqa tarix fikirləşmişdik. Sonra dedik, qız toyu mayın 28-də, kişi məclisi 31-də olsun. Vəziyyət pisləşdi, qadın toyunu iyunun 15-nə, kişi məclisini 23-nə keçirdik. Amma yenə də qaldı".