Daxili İşlər Nazirliyi Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib.
Unikal.org müraciətin mətnini təqdim edir: “Qarşıdan gələn Qurban bayramı münasibəti ilə vətəndaşlarımızı təbrik edir, cansağlığı, xoşbəxtlik, hər bir ailəyə bol ruzi-bərəkət arzulayırıq.
Bu bayram günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan şəraitdə yerinə yetirməsinin vacibliyi ilə əlaqədar bildiririk ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək.