"Azərbaycanda dövlət tərəfindən tibb müəssisələrində aparılan COVID-19 testlərinin hamısı pulsuz olub".
Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, TƏBİB özəl klinikaların COVID-19 testlərinin aparılması ilə bağlı təyin etdiyi qiymətlərə müdaxilə etmir. Çünki bu məsələ onların müəssisədaxili qəbul etdiyi qərardır.