Milli Məclisin deputatları məzuniyyətdən geri çağırılmasının səbəbi məlum olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırılmasına səbəb 2020-ci il dövlət büdcəsinə dəyişikliklə bağlı “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı layihə və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna da dəyişikliklər ediləcək. Bu qanun layihələrinin komitədə müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmişdi.
Elvin Rüstəmov