Azərbaycanın şanlı ordusu peşəkardır, qüdrətlidir. Bizim əzəli torpaqlarımız onsuz da geri qaytarılacaq. Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunacaq. Sadəcə, Ermənistan indi saman çöpü axtarışındadır, eyforiyadadır. Təcavüzkar ölkə anlayır ki, işğal etdiyi torpaqları geri qaytarmağa məhkumdur. Ona görə də belə mənasız provokasiyalara əl atır və suyu növbəti dəfə bulandırmağa çalışır. Amma istəyinə nail ola bilməyəcək. Son günlər Ermənistan hökumətinin təxribatçı fəaliyyəti bir daha sübut edir ki, bu dövlətin rəhbərliyi Daglıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün danışıqlar prosesindən çox-çox uzaqdır və indiyədək atdığı bütün addımları əsl xislətlərini gizlətmək üçün yalanla pərdələnmiş bir vasitədir.
Erməni terrorizminin qanlı təcrübəsi mövcudluğunun bütün dövrü ərzində “Böyük Ermənistan” və “erməni soyqırımı” haqqında uzunmüddətli təbliğatla və təşkil olunmuş ictimai rəyə psixoloji təzyiqlə özləri haqqında bir mif yaratdılar və təssüflər olsun ki, xeyli vaxt ərzində dünyada bir çox ictimai xadimlər və siyasətçilər erməni terror təşkilatlarını milli-azadlıq hərəkatının bir hissəsi kimi bilavasitə və ya dolayısı ilə, onların cinayətkar fəaliyyətini bəyənərək qəbul ediblər. Nəticədə, erməni təşkilatları tərəfindən yaradılmış miflər, Azərbaycan xalqına qarşı çoxsaylı qanlı terror aksiyalarını həyata keçirmələrinə bəhanə oldu. Qondarma “erməni soyqırımı”, tarixi faktların əksinə, ən yüksək səviyyələrdə siyasi spekulyasiya predmetinə çevrildi.
Lakin artıq mənzərə tamamilə başqadır, ermənilərin iç üzü bütün düyaya bəllidir. Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial və ardıcıl mövqeyi sözügedən konfliktlə əlaqədar, regionda tamam yeni bir vəziyyətin yaranmasına gətirib çıxartdı. Bu faktoru şərtləndirən ilk səbəblərdən biri budur ki, Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası nəticəsində Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi reallaşdı. Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar, qonşu ölkələrlə yüksək səviyyəli əməkdaşlığı, dostluq və mehriban qonşuluq siyasətinin daha güclü olması Azərbaycan Prezidentinin uğurlu diplomatik siyasətinin real nəticəsidir. Bu gün bir çox dövlətlər bizim haqlı mövqeyimizi dəstəkləyir və ermənilərin işğalçı siyasətinə qarşı çıxır. Məhz buna görə də Ermənistan Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayır, dünyanın qlobal problemlə üzləşdiyi bir məqamda regionda sabitliyi təhdid etməklə, işğalçı siyasət həyata keçirir. Onlar təkcə torpaqlarımızı işğalda saxlamır, bununla bərabər, gərginliyin səngiməsinə imkan vermir, regionun təhlükəsizliyinə çox ciddi zərbə vururlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tututması bunun bariz nümunəsidir. Ermənistanın yeritdiyi siyasət deyil, onlarıın bu hərəkəti insanlığa qarşı terror aktıdır. Eləcədə Ermənistan tərəfindən Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə almaq və ağır silahlardan atəşə tutmaq vandalizm nümunəsidir. Respublikamızın Prezidenti İlham Əliyev açıq bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq.
Təcavüzkar Ermənistan anlamalıdır ki, Azərbaycanın güclü orusu olmaqla bərabər, ölkədə xalq-iqtidar həmrəyliyi mövcuddur və hər birimiz Ali Baş Komandanın müsəlləf əsgəriyik! Ermənistan nə qədər öz ordusu haqqında müsbət rəy formlaşdırmağa çalışsada, ölkəsindəki pərakəndə və acınacaqlı vəziyyəti gizlətməyə səy göstərsə də, son döyüşlər onu subut etdi ki, ölkəmizin rəşadətli oğulları və ordusu qarşısında acizdirlər. Eləcə də Ermənistanın faşizm siyasəti yürütməsinin ən bariz nümunəsi dünyanın bu narahat vəziyyətində, həmrəylik çağırışının əleyhinə səs verməsidir. Dünya birliyi və beynəlxalq ictimaiyyət artıq buna sərt reaksiya verməli və insanlığa qarşı terrorçuluq həyata keçirənlərə öz yerini göstərməlidir. İnanırıq ki, ölkə başçısının həyata keçirdiyi xarici siyasət, diplomatik addımlar sayəsində bu ədalətsizliyə son qoyulacaq və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icrası tam təmin ediləcəkdir.
Məmmədov Rəfail İnqilab oğlu. Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri