Bakıda bədbəxt hadisə baş verib.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Nizami rayonun ərazisində yerləşən Bəhruz Nuriyev küçəsində qeydə alınıb.

Belə ki, 2004-ci il təvəllüdlü Ağamirova Lalə Rasim qızı həmin küçədə yerləşən 21 saylı yataqxananın 3-cü mərtəbəsindən yıxılıb.

O, dərhal xəstəxanaya aparılıb. Müayinə zamanı A. Laləyə döş qəfəsinin əziyi və çanağın sınığı diaqnozu qoyulub.(report.az)