Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının yoxa çıxması ilə bağlı məlumat yayılıb.Qeyd edək ki, polis əməkdaşları tərəfindən saxlanılan F.Qəhrəmanlı məhkəmənin qərarı ilə 4 aylıq həbs edilib.
Etibarlı mənbənin Unikal.org-a verdiyi məlumata görə, hazırda o, 1 saylı Bakı İstintaq Təcridxanasının 2 saylı rejim korpusunda saxlanılır.
F.Qəhrəmanlının səhhətində heç bir problem yoxdur.
Orxan Həsənli