ABŞ COVID-19 pandemiyasının mərkəzi və ən çox itki verən ölkə olaraq qalır.
Unikal.org COVID-19 məlumatlarının tərtib olunduğu "Worldometer" saytına istinadən xəbər verir ki, son 24 saatda ölkədə yoluxmuş insanların sayı 71 798 nəfər artaraq 4 707 584-ə çatıb.
Belə ki, son sutkada ölkədə daha 1 442 nəfər həyatını itirərək, ümumi ölənlərin sayı 156 772-yə yüksəlib.