Avqustun 5-də “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək.
AZAL-dan Unikal.org-a verilən məlumata görə, Bakı-Moskva istiqamətində reysə aviabiletləri yalnız Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyindən uçuş icazəsi almış şəxslər əldə edə bilər.
Moskva-Bakı istiqamətində reysə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:
- diplomatik və xidməti pasportu olan əcnəbilər;
- Ailə üzvü (ata, ana, həyat yoldaşı, övladı, qardaşı/bacısı) Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər.
Aviabiletləri yalnız aviaşirkətin rəsmi agentlərindən əldə etmək mümkündür. Azərbaycan ərazisində AZAL-ın reyslərinə rəsmi bilet satışı hüququ olan agentliklərin siyahısı https://www.azal.az/az/article/31082015 saytında qeyd edilmişdir.
Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə https://www.azal.az/az/information/covid-clinics saytında tanış olmaq olar.
Moskvada COVID-19 testindən dövlət və özəl klinikalarda, habelə laboratoriyalarda keçə bilərsiniz, bu zaman sərnişinin uçuşa qəbul edilməsi üçün əsas şərtlərdən biri PCR-testinin keçirilməsinə dair arayışın mövcudluğudur. Testdən aşağıdakı klinikalarda keçmək mümkündür:
- Səhiyyə Nazirliyinin “Profilaktik tibbi terapiya milli tibbi tədqiqat mərkəzi” FDBİ;
- Səhiyyə Nazirliyinin “Ftiziopulmonologiya və yoluxucu xəstəliklər milli tibbi tədqiqat mərkəzi” FDBİ;
- “İstehlakçı hüquqlarının və insanların rifahının müdafiəsinə nəzarət üzrə federal xidmətin (Rospotrebnadzor) Mərkəzi Epidemiologiya ETİ” FBEİ;
- Rusiya Elmlər Akademiyasının “İ.İ.Meçnikov adına vaksin və zərdablar ETİ” FDBEİ;
- Rusiya Elmlər Akademiyasının “Mərkəzi vərəm elmi-tədqiqat institutu” FDBEİ;
- “Təbabət” (“Medisina”) SC;
- “İNVİTRO müstəqil laboratoriyası” MMC;
- “Kliniki farmakologiya və farmasiya milli agentliyi” MMC;
- “Laborator-diaqnostika mərkəzi” MMC;
- “Sitilab kliniki laborator diaqnostika elmi-tibbi mərkəzi” MMC.
Bütün hallarda arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.