"HB Güvən Klinikası"nda səhv müalicə edilən birinci qrup Qarabağ əlili dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə mərhumun oğlu Zamiq Məmmədli məlumat verib.O, qeyd edib ki, atasının ölümünə görə müalicə olunduğu klinika onlara başsağlığı belə verməyib:
“"HB Güvən Klinikası"nın başımıza açdığı oyun... "Doktor" bilib güvəndiyim Vasif İsmayılın tövsiyyəsi ilə halsız vəziyyətdə olan atamı işlədiyi "HB Güvən Klinikası"na apardıq. Atama səhv diaqnoz qoyaraq həyatını məhv elədilər. 2700 manat pul ödəməyimi istədilər, ödədim. 15 iyunda "sətəlcəm" deyə guya "müalicə" edib daha da ağırlaşdırdılar. Dedik bəlkə onkomarkerlər də verilsin? Dedilər yox lazım deyil."HB Güvən"də yazılan ağır dərmanlar (təxmini 200 AZN da HB həkimi Nazxanım Qasımovanın yazdığı dərmanlara ödəmişdik) mədəsindəki yarları deşib qanaxma vermişdi. Artıq ağzından qan gəlirdi."HB Güvən Klinikası"nın yazdığı müalicəni dayandırdıq. Həkimi dedi ki, mənlik deyil.20 iyunda atamı "HB Güvən Klinikası"ndan çıxardıq. Xəstəxanadan çıxanda onun metastaz vermiş onkoloji mədə xəstəsi olduğunu Onkoloji instituta apararaq müəyyən etdik.Atam 26 iyulda vəfat etdi.
1-ci qrup Qarabağ əlili idi. "HB Güvən"dən heç olmasa üzürxahlıq istədim, həkimi Nazxanım Qasımova adlı biri idi, Mansur adlı baş həkimə, Rəşad Zeynalov adlı direktorlarına dəfələrlə yazdım, ya cavab gəlmədi ya da dedilər ki, get hara istiyirsən şikayət elə. Hazırda məhkəməyə iddia ərizəsini hazırlayıram. Ora xəstəxana deyil, qəssabxanadır!
Həmin o klinikada 1 həftə ərzində sadəcə ağrıkəsicilər, (nədənsə revmotestlər??), sidiyin-qanın ümumi analizini dəfələrlə götürüb damarını deşik deşik etmişdilər. Adicə natrium-xlorid sistemi qoşaraq ödədiyim depoziti silməklə məşğul olublar... Mən soruşdum kii, 2700 manata nə edilib? Niyə bu ağırlaşdı? Cavab verən olmadı. Sonra özümüz xərçəngdən şübhələnib atamı Onkologiyaya apardıq. Məlum oldu ki, atamda ağırlaşmış onurğa-mədə xərçəngi var... "HB Güvən Klinikası" isə pul qazanmaq üçün atama "sətəlcəm" deyib 1 həftə boyunca pul yemək üçün sadəcə işgəncə veriblər.
Atamı 15-20 iyun arası yəni 1 həftə "HB Güvən Klinikası"na yerləşdirdik. İlk və son çıxış vaxtının vəziyyətinə baxın”.