Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ)  əməkdaşları tədbirləri davam etdirir.

DİN-in  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, polis  əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Şəfəq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyekt sahibi və müştərilər saxlanılaraq RPŞ-yə  gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.