Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Odessa şəhərində “Lotu Quli” kimi tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun dəstəsinin daha iki üzvünü saxlayıb.

Unikal.org-un xəbərinə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslər insanları qorxu içində saxlamaqda, regiondakı sahibkarların oğurlanmasında və soyğunçuluqda təqsirli bilinirlər.

Hər iki şəxs barəsində cinayət işi başlanılıb, həbs qətimkan tədbiri seçilib.  

Xatırladaq ki, “Lotu Quli”nin dəstənin 4 üzvü hələ iyun ayında yerli sahibkarlardan bir nəfərini qaçırmağa çalışarkən saxlanılmışdı.