Məlumat verdiyimiz kimi, Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin yeni növ koronavirusdan (COVID-19) sağalıb və bu gün artıq evinə buraxılıb.
Unikal.org xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov “Facebook” hesabında paylaşım edib.
R. Mahmudov bildirib ki, 36 yaşlı C. Paşayev xəstəliyə qalıb gəlib: “Ən çətin günlərində böyük bir komanda gecə-gündüz demədən sənin müalicəni müzakirə etdi, sənə görə bəzən mübahisə etdi, hətta bəzən dalaşdıq, savaşdıq amma təslim olmadıq. Çünki hamının yeganə hədəfi var idi.... Səni yaşatmaq! Beləliklə dünyanın qabaqcıl səhiyyələrində hələ də müzakirə olunan, COVID 19-la mübarizədə effektivliyinə şübhə ilə yanaşılan ECMO istifadəsinin ölkəmizdə daha bir uğurlu nəticəsinin sonuna gəldik!"
Xatırladaq ki, Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri, koronavirusa yoluxmuş 36 yaşlı Cavid Paşayev iyulun 13-dən EKMO cihazına qoşulmuşdu. Onun müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.