İzmirdə dostları ilə tətildə olan məşhur blogger və model Şeyma Subaşı evində "party" təşkil edib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, modelin əyləncə gecəsi çox da arzuolunan şəkildə bitməyib. Belə ki, səs-küy səbəbindən qonşular polisə şikayət ediblər. Həmin şikayətlərə əsasən Şeyma Subaşının evinə polis basqın edib.
Qeyd edək ki, blogger-model koronavirus pandemiyası səbəbi ilə ilk dəfədir ki, öz villasında əyləncə gecəsi təşkil etmişdi.