Türkiyənin Malatya vilayətinin Pütürge rayonunda 4 bal gücündə zəlzələ olub.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla 21.56-da yerin 11.89 kilometr dərinliyində baş verib. Təkanlar Malatyada, eləcə də ətraf rayonlarında da hiss edilib.
Qeyd edək ki, Pütürge Malatyanın ən seysmoaktiv bölgələrindən biridir. Bu il yanvarın 24-də episentri Sivrice olmaqla 6.8 maqnitudada zəlzələ olub. Elazığda 37, Malatyada isə 4 nəfər ölüb.