Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 24 milyon nəfəri ötüb.

Unikal.org "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 24 milyon 219 min 739, pandemiya qurbanlarının sayı isə 826 min 657 nəfərə çatıb.

İndiyədək 16 milyon 714 min 540 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.