Braziliyalı model Katiuscia Silva Mota dostu ilə dalaşandan sonra özünü yandırıb.

Unikal.org xarici mətbuata istinadla xəbər verir ki, bədəninin yarıdan çoxu yanan qızı ətrafdakılar zorla söndürüb.

Belə ki, 31 yaşlı model  özündən 10 yaş kişik dostu ilə mübahisə edib. Daha sonra evə girən Silva səhvən özünü yandırıb. Alovlar içində özünü küçəyə atan modeli dərhal xəstəxanaya yerləşdiriblər. Hadisədən sonra polis modelin rəfiqəsini nəzarətə götürüb. O bildirib ki, evin bir otağında ətir istehsal etdiyi üçün kimyəvi maddələr olub.

Anası isə Motanın evə əlində siqaretlə girdiyini buna görə yandığını deyib.