“Regionlar arasında aviareyslərin bərpa edilməsi hələlik nəzərdə tutulmur”.
Unikal.org xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Bakıdan Gəncə və digər şəhərlərə hazırkı mərhələdə aviareyslərin açılaması nəzərdə tutulmur.