Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun tapşırığına əsasən, ağır Parkinson xəstəliyindən əziyyət çəkən Ramil Ələsgərova dərman preparatları və ərzaq sovqatı təqdim olunub.
Unikal.org xəbər verir ki, 1ci qrup əlil R. Əsgərovun evində olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov Niyazi Bayramovun salamlarını çatdırıb, dövlət başçısının tapşırığı əsasında onların sosial problemləri daim diqqətdə saxlanıldığını və köməklik göstəriləcəyini qeyd edib. Habelə bildirib ki, ölkədə Vətənin müstəqilliyi uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına olan qayğı həmişə yüksək səviyyədə olub.
Ramil Ələsgərovun ailə üzvləri öz növbəsində göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, 1ci qrup Qarabağ müharibəsi əlili Ramil Ələsgərov 2015-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunub. Hazırda Yeni Gəncə 2-ci mikrorayonda Qarabağ əlilləri və şəhid ailələri üçün verilən binada yaşayır.