Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 188 yeni yoluxma faktı qeydə alınıb, 118 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Unikal.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada koronavirusdan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 36 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib, 2 069 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 384, bu günə qədər isə ümumilikdə 910 890 test icra olunub.