Türkiyənin Ağrı vilayətinin Doğubayazıt rayonunda Türk Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub.

Unikal.org xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatının üzvləri arasında Türkiyə-İran sərhədində baş verən atışmada iki hərbçi ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılsa da, həkimlərin cəhdlərinə rəğmən onların həyatını xilas etmək mümkün olmayıb.