Moskvanın "Lokomotiv" klubunun yarımmüdafiəçisi Aleksey Mirançuk karyerasını italyan"Atalanta"sında davam etdirəcək.

Unikal.org gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə rus klubunun rəsmi saytında məlumat yer alıb.

Bildirilir ki, transferin başa çatması üçün son mərhələ, A.Mirançukun tibbi müayinədən keçməsi qalıb. Daha əvvəl "Atalanta"nın 24 yaşlı oyunçu üçün "Lokomotiv"ə 14,5 milyon avro ödəyəməyə hazır olduğu bildirilib.

Yeni mövsümdə oyunçu Russiya Premyer Liqasındada 5 oyun keçirib, iki qol vurub və bir faydalı ötürmə, keçən mövsümdə isə yarımmüdafiəçi müxtəlif turnirlərdə 30 oyuna çıxıb, 14 qol vurub və beş faydalı ötürmə edib.