Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri saxlanılıb.

Unikal.org-un məlumatına görə, Biləsuvar şəhər sakinləri M.Güləliyev və E.Bayramov saxlanılıblar.

Belə ki, M.Güləliyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış zamanı oradan 392 qrama yaxın heroin, 104 qrama yaxın metamfetamin və 13 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.