Tanınmış teleaparıcı, "Xəzər" televiziyasının sözçüsü Aqşin Kamal işdən çıxıb.
Unikal.org-un xəbərinə görə, bu barədə A.Kamal özü məlumat verib.
O, öz istəyilə işdən çıxdığını və fərqli bir sahədə fəaliyyətə başlayacağını bildirib.
Qeyd edək ki, A.Kamal 2012-ci ildən "Xəzər" TV-də çalışırdı.