Ayvalıkda görüşən Türkiyənin iki məşhur siması Acun Ilıcalı və aktrisa Hülya Avşar baş-başa yemək yeyərkən jurnalistlərin suallarını cavablandırıblar.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, məşhurlar hər il bu məkanda görüşdüklərini bildirərək, bu görüşü ənənəvi hala saldıqlarını deyirlər. Jurnalistlərin “Acunun bu ərazilərdən ev alıb-almadığı” sualına isə Hülya Avşar: "Onun buradan ev almağına gərək yoxdur, bu ev də onundur. 10 dəfə evimə gəlib, onu dəfələrlə yatağıma buraxdım", - deyə cavab verib.
Ailə toplantısına Acunun sevgilisi Ayça Çağla Altunkaya, eləcə də Hülya Avşarın bacıları Leyla Avşar və Helin Avşar da qatılıblar.