“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Unikal.org xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov əmr imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edilib. Bu dəyişikliyə görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Arxeoloji abidələr” bölməsinə "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu” əlavə edilib.